Son Xəbərlər
Yay aylarında yüksək hava temperaturu qəhvəni ürək üçün əlavə yükə çevirə
İyunun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan
Qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət
Qaradağ rayonu ərazisində yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 108
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Bu gün Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət
Qətərin Doha şəhərindən şimal-şərqdə yerləşən Ras-Laffan sənaye zonasındakı
“İsveçrədə keçirilən danışıqlarda İran və ABŞ vasitəçiləri 18 saat davam edən
“Tehran İsveçrədə keçirilən müzakirələr zamanı, Qətər və Pakistanın
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına dair

Qətərdə zavodda partlayış: 18 nəfər itkin düşüb, xeyli yaralı var

22 iyn 2026, 09:36
Qətərdə zavodda partlayış: 18 nəfər itkin düşüb, xeyli yaralı var

Qətərin Doha şəhərindən şimal-şərqdə yerləşən Ras-Laffan sənaye zonasındakı qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 54 nəfər yaralanıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.

Liderxeber.az xəbər verir ki, bu barədə sözügedən ərəb ölkəsinin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Ras-Laffan sənaye zonasındakı zavodların birində qeydə alınan qəza nəticəsində xəsarət alanların ümumi sayı 54 nəfərə çatıb. Eyni zamanda, axtarış-xilasetmə qüvvələri itkin düşmüş şəxslərin axtarışı üzrə əməliyyatlar həyata keçirir", - deyə DİN-dən bildirilib.

Daha əvvəl mediada yerli sakinlərin dünən axşam saatlarında Dohanın bir neçə rayonunda zəlzələni xatırladan qəribə təkanlar hiss etdikləri barədə məlumatlar yayılmışdı.

Bildirilirdi ki, binaların qapı və pəncərələri titrəyib. Daha sonra Qətər DİN Ras-Laffan sənaye bölgəsində lokal partlayışın baş verdiyini açıqlayıb.

"Reuters" agentliyi isə özəl mənbələrinə istinadən xəbər verib ki, hadisə istismar xətası səbəbindən "Barzan" qaz emalı zavodunda qeydə alınıb.

Qətərin paytaxtı Dohanın şimal-şərqində yerləşən Ras Laffan sənaye zonasındakı zavodlardan birində partlayış baş verib. Həmin ərazidə ölkənin mayeləşdirilmiş təbii qaz istehsalı üzrə əsas müəssisələri yerləşir.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə əmirliyin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mülki müdafiə qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparır. Daha sonra Qətər Daxili İşlər Nazirliyi açıqlayıb ki, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.