Son Xəbərlər
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli
MMA üzrə Mütləq Döyüş Çempionatı (UFC) ABŞ-nin Los-Anceles şəhərində
Braziliya Federal Polisi ölkə Prezidenti Luis İnasio Lula da Silvanın həyatına
Dünyanın ən pis 100 yeməyi müəyyən edilib. Liderxeber.az haber global-a
Almaniya Federativ Respublikasının (AFR) Pakistandakı səfirliyinin müşaviri
Media nümayəndələri “Dream Trampoline”də yeni istifadəyə verilən “HADO” oyunu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan
Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı
Niderlandın “ING Group” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ildə
banner

Orta Dəhliz vasitəsilə Asiyadan Avropaya gedən konteynerlərə vergi tətbiq edilməyə bilər

10 iyn 2024, 12:16
Orta Dəhliz vasitəsilə Asiyadan Avropaya gedən konteynerlərə vergi tətbiq edilməyə bilər

Gələcəkdə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) "yaşıl dəhliz"ə çevrilərsə Asiyadan Avropaya və ya əks istiqamətdə gedən konteynerlərə vergi tətbiq edilməyəcək.

Liderxeber.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "yaşıl liman" məsələsinə Orta Dəhlizin yaşıllaşdırılması bucağından baxmaq lazımdır: "Gələcəkdə qitələrarası ticarətdə konteynerlərin hansı təchizat zənciri ilə getdiyinə baxılacaq. Bu səbəbdən Orta Dəhlizi "yaşıl dəhliz"ə çevirməliyik. Belə olan halda bir çox şirkət Orta Dəhlizi seçəcək".

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.