Son Xəbərlər
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün
Suriya hava məkanında güclü partlayış səsləri eşidilib, İraq və İran isə hücum
İran 15 dəqiqə ərzində ikinci dəfə İsrail istiqamətində raket zərbələri
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron

“Dreamland”də yeni Artırılmış Reallıq oyunu istifadəyə verilib

13 yan 2025, 13:48
“Dreamland”də yeni Artırılmış Reallıq oyunu istifadəyə verilib

Media nümayəndələri “Dream Trampoline”də yeni istifadəyə verilən “HADO” oyunu ilə tanış olublar.

Liderxeber.az xəbər verir ki, virtual və real dünyanı birləşdirən unikal bir texnologiya və idman növü olan bu oyun, 1980-ci illərdə Yaponiyada yaranıb. “HADO”da oyunçular fiziki olaraq bir-birilə rəqabət aparsalar da, qarşıdurmalar tamamilə virtual şəraitdə baş verir. Jurnalistlər oyunun xüsusiyyətləri ilə daha yaxından tanış olmaq üçün xüsusi sensorlu gözlüklər və qolbaqlarla təchiz olunaraq komandalara bölünərək yarışıblar. Bu texnologiya sayəsində onlar əllərindəki qolbaqlarla bir-birlərinə “enerji topları” ataraq mübarizə aparıblar. Lakin, bu toplar real deyil, virtual olaraq ekranda görünür və eyni zamanda hər bir oyunçu öz tərəfdaşlarını qorumaq üçün virtual qalxanlar yarada bilir. Bu həyəcanlı qarşıdurmanı jurnalistlər maraqla qarşılayıb. Çünki oyunçular yalnız sürət və çevikliyini yox, həm də əqli bacarıqlarını burada nümayiş etdiriblər. Oyun komanda şəklində oynanılır və maksimum 3 nəfər olur. Hər bir raund isə 80 saniyə davam edir. 

Jurnalistlər oyunun həm əyləncə, həm də fiziki inkişaf üçün mükəmməl bir vasitə olduğunu vurğulayıblar.

“HADO” texnologiyanın və idmanın müasir birləşməsinin nəticəsi olaraq, həm əyləncəli, həm də faydalı bir oyundur. Daha ətraflı məlumat üçün sosial media hesablarını izləyə bilərsiniz:

https://www.instagram.com/hadoazerbaijan/

https://www.facebook.com/profile.php?id=61560346447868