Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

Bu oyunları oynayanlara pul ödəniləcək

07 may 2026, 09:11
Bu oyunları oynayanlara pul ödəniləcək

“Sony”yə qarşı rəqəmsal oyun bazarında inhisar yaratdığı iddiası ilə açılan kollektiv məhkəmə işi üzrə mühüm yenilik baş verib.

Liderxeber.az-ın xəbərinə görə, 2023-cü ildən davam edən hüquqi prosesdə tərəflər ilkin razılığa gəliblər.

Razılaşma təsdiqlənərsə, müəyyən tarixlərdə “PlayStation Store” üzərindən oyun alan istifadəçilərə kompensasiya ödənilə bilər.

İddiaya əsasən, “Sony” rəqəmsal oyun satışlarında qiymətləri süni şəkildə artırmaqda və “PlayStation Store” bazarında rəqabəti məhdudlaşdırmaqda ittiham olunur. İddiaçılar bunun ABŞ-nin antiinhisar qanunlarını pozduğunu bildirirlər. “Sony” isə bütün ittihamları rədd edir.

Kompensasiyadan yararlanmaq üçün istifadəçilər aşağıdakı şərtlərə cavab verməlidirlər:

Oyun alışları 1 aprel 2019-cu illə 31 dekabr 2023-cü il tarixləri arasında edilməlidir, alışlar birbaşa “PlayStation Store” vasitəsilə həyata keçirilməlidir.

Kompensasiya siyahısına daxil edilən oyunlar arasında bir sıra məşhur adlar da yer alır. Bunlardan bəziləri “The Last of Us”, “Call of Duty: Classic” və “Assassin’s Creed Chronicles: China”dır.

Razılaşmaya əsasən, ümumilikdə 7,85 milyon dollar məbləğində vəsait istifadəçilər arasında bölüşdürüləcək. Ödənişlərin birbaşa nağd şəkildə deyil, istifadəçilərin PSN hesablarına “wallet credit”, yəni balans krediti kimi köçürülməsi nəzərdə tutulur.

Kaliforniya Şimal Rayon Məhkəməsi razılaşmanın təsdiqi və ödəniş mexanizminin müəyyənləşdirilməsi üçün 15 oktyabr 2026-cı ildə xüsusi dinləmə keçirəcək.

Məhkəmə sənədlərində vurğulanır ki, bu iş oyunların keyfiyyəti və ya texniki problemləri ilə deyil, yalnız qiymət siyasəti ilə bağlıdır.

Qeyd edək ki, hakim Araseli Martines-Olguin 2025-ci ilin iyul ayında ilkin razılaşma tələbini rədd etmişdi. Son dəyişikliklərdən sonra isə razılaşmaya ilkin təsdiq verilib.