Son Xəbərlər
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün

Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı

23 iyl 2024, 09:26
Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev qərar imzalayıb.

Liderxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da dəyişiklik edilməsi haqqında qərar imzalanıb.

Qərarda qeyd edilib ki,  Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın 1.2.5-ci yarımbəndində birinci halda “məişət tullantılarında” sözləri “məişət məmulatlarında” sözləri ilə, “istehsal və məişət tullantılarında” sözləri “tullantılarda” sözü ilə əvəz edilsin.

Qərarın icrası qurumun Hüquqi təminat idarəsinə tapşırılıb.