Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Almaniyalı diplomat İslamabadda ölü tapıldı

13 yan 2025, 14:11
Almaniyalı diplomat İslamabadda ölü tapıldı

Almaniya Federativ Respublikasının (AFR) Pakistandakı səfirliyinin müşaviri İslamabaddakı mənzilində ölü tapılıb.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Bild" nəşri məlumat verib.

Məlumata görə, Tomas B. adlı şəxs əslində Almaniya Federal Kəşfiyyat Xidmətinə çalışsa da, diplomat sayılıb.

O, iki gün ərzində səfirliyə gəlməyib və zənglərə cavab verməyib, daha sonra missiyanın iki əməkdaşı onun yaşadığı ünvana göndərilib. Onlar mənzildə həmkarlarının cəsədini aşkar ediblər.

"Bild"in qeyd etdiyi kimi, Tomas ürək xəstəliyindən əziyyət çəkib və istisna deyil ki, ölümə gətirib çıxaran da bu olub. O, 3.5 il ərzində İslamabadda missiya müşaviri vəzifəsində çalışıb.

"Təəssüf ki, biz həmkarımızın ölümünü təsdiqləməyə məcburuq", - deyə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Almaniya Federal Kəşfiyyat Xidməti yalnız onu qeyd edib ki, prinsip etibarilə, agentliyin ayrı-ayrı əməkdaşları ilə bağlı insidentləri şərh etmir.

"Bild"in xəbərinə görə, Tomas uzun müddət Almaniya kəşfiyyat xidmətinə çalışıb və çox təcrübəli əməkdaş hesab edilib.