Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Tikinti bazarı: Bəzi materialların qiyməti enib

26 may 2024, 09:10
Tikinti bazarı: Bəzi materialların qiyməti enib

Tikinti materialları bazarında durğunluq var.

Satıcılar deyirlər ki, son bir aydır, vəziyyət belədir. Tikinti materialları bazarındakı sahibkarlar alıcı qıtlığından gileylənirlər. Onlar iddia edirlər ki, ötən illərə nisbətən tikintidə istifadə edilən bir sıra materialların qiyməti də enib. Ancaq yenə də alıcı yoxdur. Sahibkarlar deyirlər ki, müştərilərin azalması, xüsusilə son bir ayda baş verib. O da bildirilib ki, sementin qiymətində artım var. Əmlak məsələləri üzrə ekspert Muxtar Ərturanın sözlərinə görə, son bir ayda tikinti bazarında taxta, armatur, sement və astarın qiymətində artım var.