Son Xəbərlər
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.
Dünya çempionatının qrup mərhələsinin ilk turunda bu gecə maraqlı qarşılaşma
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".

Braziliya prezidentinə sui-qəsd təhlükəsi: Araşdırmalara başlanıldı

13 yan 2025, 14:39
Braziliya prezidentinə sui-qəsd təhlükəsi: Araşdırmalara başlanıldı

Braziliya Federal Polisi ölkə Prezidenti Luis İnasio Lula da Silvanın həyatına sui-qəsd cəhdi ilə bağlı araşdırmalara başlayıb.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə yerli "Terra" nəşri məlumat verir.

Qeyd olunur ki, prezidentin həyatı üçün təhlükə barədə məlumat polisə yanvarın əvvəlində daxil olub. Məlumatda hələlik şəxsiyyətləri müəyyən edilməmiş əlaltıların Lula da Silva, eləcə də Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleşandr de Moraysın həyatına sui-qəsd etmək istədikləri bildirilib.

Polis hesab edir ki, sui-qəsdin təşkilatçıları partlayıcı maddələr, qumbaralar və ABŞ-nin iriçaplı "Barrett M82" tüfənglərindən istifadə etməyi planlaşdırıblar. Ölkənin səlahiyyətli orqanları Lula da Silva və de Moraysın həyatı üçün təhlükənin tam şəkildə aradan qaldırılmasına nail ola bilib-bilmədikləri barədə hələ ki məlumat verməyiblər.

Qeyd edək ki, 2024-cü ilin noyabrında Braziliya hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkar qrup yaratmaq və 2022-ci ildə dövlət çevrilişinə cəhd şübhəsi ilə artıq bir neçə zabitə və respublikanın keçmiş lideri (2019-22) Jair Bolsonaruya qarşı istintaqa başlayıb.

Qurumun hesabatına əsasən, sui-qəsdçilər seçkidə Bolsonaruya qalib gəlmiş Lula da Silvanın 2023-cü il yanvarın 1-nə təyin edilmiş andiçmə mərasimini pozmaq istəyib, hakimiyyətə gələn liderin öldürülməsinin mümkünlüyünü müzakirə edib, lakin heç cür öz planlarını həyata keçirməyiblər.