Məlumdur ki, dünyanın qaynar hadisələri ilə yadda qalan yola saldığımız ötən il, qızğın proseslərlərin əhatəsində qədəm qoyduğumuz yeni ildə yeni hədəflərə qapı açmaqla bərabər proseslərin yönünün istiqamətlənməsinə də sövq edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar tarixində yerli televiziya kanallarına verdiyi yeni ilin ilk müsahibəsi dünyanın belə bir qaynar fonunda beynəlxalq mediada doğurduğu əks-səda ilə yadda qaldı.
Qeyd edək ki, xalqımızın böyük Zəfər tarixindən bəri Ölkə başçısı tərəfindən artıq ənənəyə çevrilən belə bir müsahibə hər ilin ilk ayının ilk ongünlüyündə həyata keçirilir. Müsahibədə hər il olduğu kimi bu dəfə də ötən ilin uğurları, əvvəlki illərlə müqayisəli təhlili və tarixi Zəfərimizdən sonrakı dövr, ilin bəxş etdiyi meyarlar, qazandırdığı töhfələr, prespektivlər, yeni istiqamətlər və dünyada baş verən nüanslar, reallıqlar, qarşıya çıxan problemlər, səbəblər və həlliyolları əhatə olunub.
Cənab Prezidebt bu dəfə də yerli media nümayəndələrinin suallarını əhatəli şəkildə cavablandıraraq, dövrün mühüm reallıqlarına regionda baş verən hadisələr fonundan və qaynar dünya gündəmində Azərbaycanı əhatə edən əlaqəli proseslər əhatəsindən aydınlıq gətirib, qətiyyətli mülahizələrini və çağırışlarını edib.
Bununla yanaşı dövlətin yeni istiqamət və hədəflərini, müəyyənləşən yeni icra mexanizmləri və daxili sösial-iqtisadi məsələlər haqqında önəmli fikirlərini də ictimaiyyətin diqqətinə təqdim edib. Dünya miqyasında baş verən hadisələri addım-addım izləyən hər kəs üçün aydındır ki, Azərbaycan formalaşmaqda olan yeni dünya mizamının aktiv fazasında yer alan dövlətlər sırasındadır. Kiçik ölkə olmasına baxmayaraq səriştəli Lideri və bacarıqlı diplomatiyası sayəsində Azərbaycan təsir altında deyil, təsir göstərən dövlətlərdən biri olaraq tanınır. Bu da hər bir vətənsevər azərbaycanlı üçün böyük fəxarətdir və güclü Azərbaycanın vətəndaşı olmaq olduqca qürurvericidir. Bəli, qeyd edildiyi kimi yeni dünya nizamı formalaşdırılır. “Biz yeni dünya düzəni prosesinin fəal iştirakçısı olmalıyıq.Yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik”. Möhtərəm Prezidentimiz İlham Əliyevin sözü gedən müsahibədə bildirdiyibu ifadədəndə aydın görünür ki, ölkəmiz beynəlxalq aləmin diqqət mərkəzindədir və bu dadövlətimizin getdikcə güclənməsi və yüksələn xətlə şaxəli inkişafda olmasından irəli gəlir.
Ölkə başçısı sözü gedən müsahibədə iqtisadi gücün hər zaman yüksək aparıcı təsirə malik olmasını vurğulamaqla müstəqil dövlət siyasətində böyük əhəmiyyət daşıdığını önə çəkib. Dövlət başçısı bu istiqamətdə fikirlərini Türk Dövlətləri Təşkilatı birliyi məsələsi ilə əlaqələndirərək deyib: ”Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır”. Əlbəttə ki, Azərbaycan qardaş Türkiyə ilə bərabər bu prosesin fəal iştirakçısı kimi çıxış edir və iki qardaş ölkənin Türk dünyası həmrəyliyinin inkişafı istiqamətində bərabər töhfələri təqdirəlayiqdir.Lakin göründüyü kimi də asan deyil. Dövlət Rəhbərimizin də vurğuladığı kimi: ”Bu prosesdə bir çox boşluqlar var. Çünki, Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük…Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək. Bütün bunlar bizim, əslində xarici siyasət xəttimizdir”.
Hazırda isə cənab Prezident sözü gedən müsahibədə “bu boşluğun” ötən ilin sonuncu ayında-19 dekabr tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində Azərbaycan Respublikasının yekdilliklə seçildiyi D-8 təşkilatı tərəfindən doldurula biləcəyinə əminliyini ifadə edib.Fikrini rəqəmlərlə əsaslandıraraq: “Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir“-bildirib. Azərbaycanın bu mütərəqqi təşkilata üzvlüyü və ötən ilin noyabr ayında ölkəmizin ev sahibliyi etdiyi COP29, Respublikamızın ötən ildə əldə etdiyiböyük uğurlar zirvəsindədir. Ölkə Başçısı hər iki mötəbər xüsusa önəm verərək müsahibəsində bildirir: “Regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir.
Nəzakət Quluqızı;
Neftçala rayonu, ictimai fəal