Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Bu qidalar ömrü uzadır

06 avq 2025, 13:46
Bu qidalar ömrü uzadır

Avstraliyada aparılan bir araşdırma nəticəsində flavonoid molekulları baxımından zəngin olan müxtəlif qidaları istehlak edən insanlarda uzunömürlülük potensialının daha yüksək olduğu məlum olub. Bu qidalar arasında çay, meşə meyvələri, bitter şokolad və alma qeyd olunub.

Liderxeber.az xəbər verir ki, sağlam və uzun ömür üçün düzgün qidalanma olduqca vacibdir. Alimlər qidalanmada flavonoid müxtəlifliyinin uzun ömürlə əlaqəli olduğunu bildirirlər. Avstraliyada aparılan yeni bir araşdırma göstərib ki, flavonoidlə zəngin olan çay, meşə meyvələri, bitter şokolad və alma kimi qidalar xərçəng, tip 2 şəkərli diabet və Parkinson kimi nevroloji xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə azalda bilər. 

Araşdırmanın nəticələrinə əsasən, flavonoidlə zəngin müxtəlif qidalarla qidalanan şəxslərdə ciddi sağlamlıq problemlərinin yaranma riski daha az, uzunömürlülük potensialı isə daha yüksək ola bilər. Tədqiqat göstərib ki, tək bir mənbədən deyil, fərqli flavonoid mənbələrindən qida qəbul etmək sağlamlıq problemlərini azaltmaq baxımından daha təsirli ola bilər.

Tədqiqat müəlliflərindən  biri qeyd edib ki, gündə təxminən 500 mq flavonoid qəbul etmək, ümumi ölüm riskini 16%, ürək-damar xəstəlikləri, tip 2 şəkərli diabet və tənəffüs yolu xəstəlikləri riskini isə 10% azaltmaqla əlaqələndirilib.