Son Xəbərlər
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri

ATƏT sədri Ermənistanla Azərbaycanı danışıqları davam etdirməyə çağırıb

14 may 2024, 11:35
ATƏT sədri Ermənistanla Azərbaycanı danışıqları davam etdirməyə çağırıb

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borq “X” hesabında Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

LiderXəbər.az-ın xəbərinə görə, o yazıb ki, müzakirələrdə rəhbərlik etdiyi təşkilatın Cənubi Qafqazda sülhün bərqərar olunmasına dair səyləri, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasına dair fikir mübadiləsi aparılıb:

“Bir qədər əvvəl sərhədlərin delimitasiyası və demarkasiyasına dair əldə olunan razılaşma doğru istiqamətə atılan bir addımdır. Biz tərəfləri xalqların rifahı naminə sülh danışıqlarını davam etdirməyə çağırırıq. Malta ATƏT-ə sədrliyi dövründə təşkilatın dayanıqlığını gücləndirmək və COP29 ərəfəsində yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi ideyalarına sadiqdir” – ATƏT sədrinin paylaşımında belə deyilir.