Son Xəbərlər
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün

Qırğızıstan 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycana təhvil verib

08 apr 2024, 11:20
Qırğızıstan 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycana təhvil verib

Qırğızıstanın Milli Təhlükəsizlik Nazirliyi 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycana təhvil verib.

LiderXəbər xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Bildirilib ki, onlar Manas Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib.

Xatırladaq ki, martın 20-də Azərbaycanın beş vətəndaşı sifarişli cinayət törətmək məqsədi ilə Qırğızıstana gedib.

Azərbaycan Daxili İşlər Nazirliyinin martın 26-da yaydığı məlumata görə, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.

Qeyd olunub ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.