Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

XİN QHT-lərə tövsiyələr verib

09 fev 2023, 11:44
XİN QHT-lərə tövsiyələr verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkədə fəaliyyət göstərən QHT-lərə tövsiyələr verib.

Tövsiyələri XİN-in idarə rəisi Yalçın Rəfiyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfransda çatdırıb.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə BMT-nin bəzi məruzəçiləri tərəfindən ölkəmizə qarşı həqiqətəuyğun olmayan iddialar (erməni hərbçilərə işgəncələrin verilməsi və s) səsləndirilirdi: “Ancaq həmin xüsusi məruzəçilərin Azərbaycanla heç bir qərəzi yoxdur. Onların iddialarının əsas səbəbi erməni QHT-lərinin, ictimai fəallarının bu və ya digər məsələlərlə bağlı həmin şəxslərə müraciətləridir. Bizim də vətəndaş cəmiyyətimiz bütün məsələlərlə bağlı haqlılığımızı sübut etmək üçün əməli fəaliyyətə keçməlidir. BMT-nin qurumları, məruzəçiləri ilə daimi təmas saxlamaq lazımdır. Bu, bir istiqamətdir”.

İdarə rəisi vurğulayıb ki, QHT-lər beynəlxalq siyasətdə xüsusi rol oynayırlar: “Qərb ölkələrində, beynəlxalq təşkilatlarda vətəndaş cəmiyyətinin sözü də xüsusi rol oynayır. Ona görə də hesab edirəm ki, müxtəlif sahələr üzrə də ixtisaslaşma çox vacibdir”.