Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Azərbaycan “Roblox”a rəsmi müraciət edib - Bağlana bilər?

28 yan 2026, 13:05
Azərbaycan “Roblox”a rəsmi müraciət edib - Bağlana bilər?

Uşaqların sosial şəbəkəyə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub. 

Liderxeber.az xəbər verir ki, bu haqda elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında yeni – “Uşaq hüquqları” haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

O qeyd edib ki, hazırda uşaqların tərbiyəsinə güclü təsir edən sistem sosial şəbəkələrdir: “Bu, eyni zamanda uşaqların təhsilinə də təsir edir. Bununla bağlı bir sıra qadağalar və məhdudiyyətlər olmalıdır. Bilmək istərdim ki, bu məsələyə Milli Məclisdə baxılırmı? Avstraliyada ilk dəfə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkədən istifadəsi ilə bağlı belə qadağa qoyulub. Buna İngiltərə və İspaniya da hazırlaşır”.

Bu məsələyə Ombudsman Səbinə Əliyeva da münasibətini bildirib: “Çox vacib bir məsələyə toxundunuz. Mən də öz növbəmdə demək istərdim, unutmamalıyıq ki, süni intellekt insan hüquqlarına ən böyük təhdiddir. Bu məsələlərə ciddi yanaşmalıyıq. Xüsusilə də uşaqlar arasında pis vərdişlərin yayılması... Mənim tərəfimdən hazırlanmış hesabatda “Roblox” adlı oyunla bağlı məsələ öz əksini tapıb. İstərdim ki, bunun qarşısı ciddi şəkildə alınsın”.  

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Bahar Muradova əlavə edib ki, “Roblox”a müraciət ünvanlanıb: “Komitə olaraq biz “Roblox” korporasiyasına rəsmi müraciət ünvanlamışıq. Bildiyiniz kimi, bu platforma geniş oyun şəbəkəsinə malikdir və uşaqlar üçün demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst şəkildə reallaşdıra, həmin məzmunu dərhal ictimailəşdirə və digər uşaqları da bu prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli nəticələr doğura bilər.

Rəsmi müraciətimizdə iradlarımızı bildirmişik və onların nəzərə alınmasını tələb etmişik. Əgər bu məsələlər əməkdaşlıq çərçivəsində həll olunarsa, bu yolu seçəcəyik. Əks halda isə qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyik. Hesab edirəm ki, təkcə uşaqların deyil, ümumilikdə vətəndaşların sosial şəbəkələrdə davranışı məsələsi də bizi ciddi addımlar atmağa vadar edir. Təəssüf ki, bəzən yalnız uşaqlar və gənclər deyil, yetkin yaşlı-başlı adamlar belə etik normaları və dəyərləri pozan davranışlar sərgiləyirlər”.