Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Donald Tramp İlham Əliyevə təşəkkür edib

24 yan 2026, 09:00
Donald Tramp İlham Əliyevə təşəkkür edib

"Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana ötən avqustda imzaladığımız Sülh Sazişinə riayət etdikləri üçün təşəkkür etmək istəyirəm".

Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsindəki hesabında yazıb.

"Bu, mən sonlandırdığım səkkiz müharibədən biri olan çətin bir savaş idi, amma indi rifah və sülh var. Fevral ayında vitse-prezident Vens bizim sülh səylərimizi daha da inkişaf etdirmək və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu irəlilətmək üçün hər iki ölkəyə səfər edəcək", - Tramp yazıb.

O əlavə edib ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirəcək:

"Ermənistanla dinc nüvə əməkdaşlığı üçün gözəl bir Saziş, böyük yarımkeçirici istehsalçılarımız üçün sövdələşmələrvə ABŞ-də istehsal olunan müdafiə avadanlıqlarının, məsələn, zirehli gödəkçələr və qayıqların və daha çoxunun Azərbaycana satışını həyata keçirəcəyik. Təşəkkür edirəm!"

Donald Tramp İlham Əliyevə təşəkkür edib