Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Azərbaycan Ukraynaya 1 milyonluq yardım göndərdi - Fotolar

20 yan 2026, 15:44
Azərbaycan Ukraynaya 1 milyonluq yardım göndərdi - Fotolar

Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Liderxeber.az xəbər verir ki, yardımın göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib.

Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27 min metr kabel və naqil daxildir. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri 1 milyon dollardır.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon dolları keçib.