Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Leyla Əliyeva Efiopiyada "MESOB" dövlət xidməti mərkəzində olub

19 yan 2026, 12:50
Leyla Əliyeva Efiopiyada "MESOB" dövlət xidməti mərkəzində olub

gentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən "MESOB", dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.

Qeyd edək ki, "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu ölkənin müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

COP29 çərçivəsində 2024-cü il noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasiye arasında keçirilən görüş zamanı Efiopiya tərəfi ölkədə "ASAN xidmət" təcrübəsinin tətbiqinə maraq göstərib və bu istiqamətdə Azərbaycanın dəstəyini xahiş edib.

Ötən dövr ərzində dövlət agentliyinin mütəxəssisləri Efiopiyanın dövlət qulluqçuları üçün təlimlər keçirib, Efiopiyada "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədləri, həmçinin "ASAN xidmət" mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədlərini hazırlayıb, xidmətlərin vahid standartını müəyyən ediblər.