Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Diplomlarla bağlı qaydalar təsdiqləndi

08 yan 2026, 17:02
Diplomlarla bağlı qaydalar təsdiqləndi

Təhsil haqqında dövlət sənədlərinin təsvirlərinin və onların verilməsinin qaydaları təsdiqlənib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya görə, diplom ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura və rezidentura səviyyələri üzrə təhsilalanlar həmin müəssisəni bitirdikdən sonra 10 iş günü müddətində hazırlanacaq.

Həmçinin diplomalan təhsil haqqında dövlət sənədlərində səhv məlumatlar aşkar etdiyi halda, dərhal elektron kabinetinə daxil olaraq yenidən tərtib edilmiş diplomun verilməsi üçün elektron ərizəni doldurub təsdiq etməlidir.

Ərizəçi mövcud diplomda (və ya diploma əlavədə) səhv göstərilmiş məlumatları ərizədə qeyd etməli və ya bununla bağlı təsdiqedici sənədləri (olduğu halda) elektron kabinetə yükləməlidir. Müraciətə 15 iş günü ərzində baxılır. Mövcud təhsil haqqında dövlət sənədlərində səhv göstərilmiş məlumatlar digər mənbələr (hüquq mühafizə orqanları, işəgötürənlər və s.) tərəfindən aşkar edildiyi halda, həmin mənbələrin bununla bağlı rəsmi müraciətlərinə Elm və Təhsil Nazirliyinin bu sahəyə məsul olan müvafiq qurumu tərəfindən 15 iş günü ərzində baxılacaq.

Həmçinin "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı ləğv edilib.