Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Xüsusi icra məmurları ilə bağlı qaydalar - Təsdiqləndi

17 dek 2025, 11:16
Xüsusi icra məmurları ilə bağlı qaydalar - Təsdiqləndi

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları” təsdiqlənib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla reyestrin aparılması qaydaları, reyestrdə xüsusi icra məmuru barədə əks etdirilən məlumatların siyahısı, həmin məlumatların daxil edilməsi qaydası, reyestrin bölmələri, xüsusi icra məmurunun köməkçisinin məlumatlarının reyestrə daxil edilməsi, reyestrdən məlumatların əldə edilməsi ilə bağlı məsələlər tənzimlənib.

Qərara əsasən, Xüsusi icra məmuru Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olur. Xüsusi icra məmurunun fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam verilir. Şəxs yalnız and içdikdən və barəsində məlumat Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edildikdən sonra xüsusi icra məmuru kimi fəaliyyətə başlaya bilər.

Reyestr Ədliyyə Nazirliyi tərəfindən aparılacaq.

Reyestrdə xüsusi icra məmuru soyadı, adı, atasının adı, doğum tarixi (gün, ay, il), fotoşəkli, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank hesab nömrələri, ofisinin ünvanı, əlaqə üçün məlumatlar (telefon nömrəsi, elektron poçt ünvanı), şəhadətnamənin və xidməti vəsiqənin verildiyi tarix və nömrəsi, peşə məsuliyyətinin sığortası müqaviləsinin rekvizitləri, müddəti və sığortaçı barədə məlumatlar, fəaliyyəti dayandırıldığı hallarda, bu barədə məlumat (fəaliyyətin nə vaxt və kim tərəfindən dayandırılması), şəhadətnamənin ləğv edildiyi hallarda, bu barədə məlumat (şəhadətnamənin ləğv edildiyi tarix və əsası), intizam məsuliyyətinə cəlb edildiyi hallarda, bu barədə məlumat (intizam tənbehinin növü, nə vaxt və kim tərəfindən verilməsi), köməkçisinin (olduğu halda) soyadı, adı, atasının adı, xüsusi icra məmurunun reyestrə daxil edildiyi tarix və reyestr nömrəsi yer alacaq.