Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

“Prezident İlham Əliyevi Tehranda qarşılamağa hazırıq”

08 dek 2025, 13:47
“Prezident İlham Əliyevi Tehranda qarşılamağa hazırıq”

“Düşünürəm ki, bu səfər olduqca uyğun və münasib zamanda həyata keçirilir”.

Liderxeber.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçı Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Bu gün cənab Prezident İlham Əliyevlə olduqca dəyərli söhbət apardıq. Ona bizə vaxt ayırdığı üçün təşəkkürümü bildirirəm. Azərbaycanla İran arasında danışıqlar hər zaman belə dostcasına olmuşdur. Burada, əlbəttə, bəzi fikir ayrılıqları, anlaşılmazlıq ola bilər. Bunlar isə məhz danışıqlar vasitəsilə aradan qaldırıla bilər”.

O, İran Prezidenti Məsud Peşezkianın Azərbaycana iki səfərinin həyata keçirildiyini xatırladıb: “Prezident İlham Əliyevi Tehranda qarşılamağa hazırıq. Cənab Ceyhun Bayramovu da ölkəmizdə gözləyirik. Tehrana gəlişinizdən çox sevinərik.

Azərbaycanla münasibətləri artırmaq istəyirik. Bu əlaqələr nə qədər çox olarsa, iki ölkə vətəndaşları arasında get-gəl nə qədər çox olarsa, ticari iqtisadi məsələlər də o qədər çox vüsət alacaq”.