Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Azərbaycanın İrandakı səfiri: "Tezliklə Bakı və Tehran arasında yüksək səviyyəli səfərlər olacaq"

03 dek 2025, 11:07
Azərbaycanın İrandakı səfiri: "Tezliklə Bakı və Tehran arasında yüksək səviyyəli səfərlər olacaq"

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ISNA agentliyinə müsahibəsində iki ölkə arasında yüksək səviyyəli səfərlərin yaxın gələcəkdə davam etdiriləcəyini açıqlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Səfir bildirib ki, İran və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılacaq.

Xankəndi şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısına toxunan Əli Əlizadə deyib ki, İran Prezidenti Məsud Pezeşkian da sammitdə iştirak edib.

Onun sözlərinə görə, Zirvə toplantısının nəticələri çox uğurlu olub və dövlət başçıları arasında iqtisadiyyat, ticarət, enerji, mədəniyyət sahələrində əməkdaşlığın sürətləndirilməsinə dair sərəncamlar imzalanıb.

Azərbaycan səfiri İƏT-ə üzv ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinə dair Azərbaycanın səylərinin davam edəcəyini diqqətə çatdıraraq, ticarət dövriyyəsinin ildən-ilə artdığını və bu əlaqələrin daha da möhkəmlənəcəyini vurğulayıb.

İki ölkə arasında qardaşlıq və dostluq əlaqələri olduğunu deyən diplomat Pezeşkianın indiyədək Azərbaycana iki uğurlu səfərinin həyata keçirildiyini xatırladıb. O, yaxın gələcəkdə yüksək səviyyəli görüşlər və fikir mübadiləsinin davam etdiriləcəyini qeyd edib.

Səfir bu səfərlərin məqsədinin tərəflər arasında əməkdaşlığı daha da möhkəmləndirmək və ikitərəfli əlaqələri inkişaf etdirmək olduğunu vurğulayıb.

Azərbaycanın İrandakı səfiri: Tezliklə Bakı və Tehran arasında yüksək səviyyəli səfərlər olacaq