Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Prezident qəbul keçirdi - Fotolar

08 okt 2025, 13:14
Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Liderxeber.az xəbər verir ki, Xorvatiya parlamentinin sədri Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, paytaxt Bakının gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

Qordan Yandrokoviç Prezident İlham Əliyevi Azərbaycan dövləti və xalqı naminə gördüyü işlərə və xidmətlərinə görə təbrik edib. Qonaq həmçinin Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələr münasibətilə də təbriklərini çatdırıb.

Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Qordan Yandrokoviç parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi üçün imkanların mövcud olduğunu vurğulayıb. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edən qonaq dostluq qrupları ilə yanaşı, müxtəlif parlament komitələri arasında da əməkdaşlığın vacibliyinə toxunub.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Dövlət başçısı Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Xorvatiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını daim dəstəkləməsi vurğulanıb.

Görüşdə ikitərəfli münasibətlərin dostluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyi bildirilib, enerji, sərmayələr, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu diqqətə çatdırılıb, ölkələrimizin beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.