Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Bu gün BMT-də Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayır

23 sen 2025, 09:14
Bu gün BMT-də Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayır

Bu gün BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlar başlayır.

Liderxeber.az xəbər verir ki, dünya liderlərinin Baş Assambleyanın kürsüsündə çıxışları sentyabrın 30-a kimi davam edəcək. 150-dən çox dövlət və hökumət başçısı və onları müşayiət edən nümayəndə heyətləri BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gediblər. Artıq yüksəksəviyyəli həftəyə hazırlıq prosesi yekunlaşıb. Nyu-York şəhər Polis Departamenti polis qüvvələrinin sayını artırıb və gücləndirilmiş iş rejiminə keçib.

Şəhərdə təhlükəsizlik tədbirləri artırılıb. Tədbirlərə kortejlər, dronlar, helikopterlər, patrul xidməti və əsas küçələrin bağlanması daxildir.

Üzv 193 ölkədən aparıcı media orqanları tədbiri işıqlandırmaq üçün BMT-də qeydiyyatdan keçib.

Yüksəksəviyyəli həftəni BMT Baş Katibi Antonio Quterreş və BMT Baş Asambleyasının builki Prezidenti Annalena Berbok giriş nitqi ilə açacaqlar. Daha sonra ənənəvi olaraq ilk çıxışı Braziliya Prezidenti Luiz İnasio Lula de Silva edəcək. Braziliyanın ilk çıxış ənənəsi BMT-nin ilk illərindən başlayıb. O zaman qlobal münaqişədən sonra üzv dövlətlər kimin ilk danışacağı ilə bağlı razılığa gələ bilmədiklərinə görə Braziliya ilk olaraq danışmağı təklif edib və 1955-ci ildən bu ənənə davam edir.

Daha sonra ABŞ Prezidenti Donald Tramp ev sahibi olaraq kürsüyə çıxacaq.

"Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada Rusiya-Ukrayna müharibəsi, Qəzzada vəziyyət, Fələstin məsələsi, dayanıqlı inkişaf məqsədləri, iqlim böhranı kimi mövzulara xüsusi diqqət ayrılacaq.