Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Anar Rzayev: "AYNA-nın əlində daşıyıcıları tənbeh etmək mexanizmi yoxdur"

22 sen 2025, 14:00
Anar Rzayev: "AYNA-nın əlində daşıyıcıları tənbeh etmək mexanizmi yoxdur"

"Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əlində daşıyıcıları keyfiyyətə görə tənbeh etmək üçün mexanizm yoxdur".

Liderxeber.az xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda əsas çətinliklərdən biri sərnişindaşıma xidmətinin keyfiyyətinə görə daşıyıcıların məsuliyyətə cəlb olunması üçün mövcud hüquqi mexanizmlərin yetərli olmamasıdır:

"Ancaq yeni yanaşma - "brutto müqavilə" modeli - məhz bu boşluğu dolduracaq. Bu mexanizm sayəsində daşıyıcıların fəaliyyətinə gündəlik nəzarət ediləcək, keyfiyyət standartlarına əməl olunmadıqda isə cərimə və ya müqavilənin ləğvi kimi təsirli tədbirlər görüləcək. Beləliklə, sərnişinlərin rahatlığı və təhlükəsizliyi birbaşa təmin olunacaq".