Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

11 sen 2025, 09:37
BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin "X" sosial media hesabında paylaşım edilib.

Bəyanatda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa, yenidənqurma və şəhərsalma fəaliyyətləri həyata keçirdiyi vurğulanıb.

"Böyük Qayıdış üzrə Dövlət Proqramı çərçivəsində aparılan təşəbbüslərə sosial xidmətlər şəbəkəsinin yaradılması, infrastrukturun inkişafı, mənzil şəraiti və məşğulluq imkanlarının təmin edilməsi, həmçinin keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün keyfiyyətli səhiyyə və təhsil xidmətlərinin göstərilməsi daxildir. Bu səylərin nəticəsində artıq 50 mindən çox keçmiş məcburi köçkün ata-baba torpaqlarına qayıdıb", - bəyanatda bildirilib.

Son zamanlar Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində əhəmiyyətli irəliləyişlərin də əldə olunduğuna diqqət çəkilən bəyanatda 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və ABŞ prezidenti şahid qismində iştirak etməklə, ikitərəfli münasibətlərin normallaşdırılması və regionda dayanıqlı sülhün yaradılmasına yol açan Birgə Bəyannamənin imzalandığı xüsusilə qeyd olunub.

"Birgə Bəyannamənin mühüm müddəalarından biri iki ölkə arasında nəqliyyat və kommunikasiya xətlərinin açılması öhdəliyidir. Bu, təkcə regiona deyil, daha geniş coğrafiyaya da fayda gətirəcək. Bundan əlavə, Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsini paraflamışdır ki, bu da mehriban qonşuluq münasibətlərinin qurulması üçün parametrləri müəyyən edir. Biz üzv dövlətləri bu səyləri dəstəkləməyə çağırırıq".