Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Misir Mərdanov Paşinyanla bağlı videosundan danışdı

15 avq 2025, 17:50
Misir Mərdanov Paşinyanla bağlı videosundan danışdı

Son günlərdə sabiq təhsil naziri Misir Mərdanovun Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı videomüsahibəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. O, müsahibədən kəsilmiş görüntülərdə “Paşinyan bizim rayondan - İcevandandır. Onun əmisi rayonda tanınmış həkim idi. Xəstələrin əməliyyata ehtiyacı olduqda hamı o cərrahı axtarırdı” deyib.

Liderxeber.az-ın məlumatına görə, Misir Mərdanov Azxeber.com-a açıqlamasında Paşinyan haqda fikirlərinə belə aydınlıq gətirib:

“İlk onu bildirim ki, bizim kənddə heç vaxt erməni yaşamayıb. Ancaq rayonumuz erməni rayonu olub. Mən şəxsən Paşinyanı və əmisini tanımıram. Ancaq danışılanlardan eşitmişəm ki, bizim rayonda tanınmış həkim olub. Onun üzünü də heç vaxt görməmişəm. Görə də bilməzdim. Çünki mən orta məktəbi qurtarıb Bakıya gəlmişəm. Mən olanı və eşitdiyimi demişəm”. 

Misir Mərdanov onu tənqid edənlər haqda da danışıb: “Haqqımda kim nə deyir, desin. Mən heç kəsi tərifləməmişəm. Sadəcə olaraq eşitdiklərimi danışmışam. Mənim eşitdiklərimi müzakirə edənlər nə tez unutdu ki, 1988-ci ilə qədər Bakıda əsas vəzifələri ermənilər tutmuşdu?! Bunu hamı bilir, bilməyən yoxdur. Böyük küçələrimizin adı ermənilərin adına idi”.