Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Antonio Koşta Azərbaycan Prezidentinə zəng edib

14 avq 2025, 12:25
Antonio Koşta Azərbaycan Prezidentinə zəng edib

Avqustun 14-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Antonio Koşta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. Avropa İttifaqı Şurasının Prezidenti bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmini vurğulayıb. O, Avropa İttifaqının əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin məhz ölkəmiz olduğunu xatırladıb. Vaşinqtonda əldə olunmuş nailiyyətlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın önəminə toxunub.

Telefon söhbəti zamanı bu ilin mayında Tiranada "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü, aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Dövlətimizin başçısı və Antonio Koşta Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.