Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Mixalkov, "Besoqon" və dağılmış imperiya mifləri

04 avq 2025, 14:40
Mixalkov, "Besoqon" və dağılmış imperiya mifləri

"Ötən əsrin 60-cı illərinin ortalarında Qərb ölkələrindən olan tədqiqatçı və psixoloqlardan ibarət bir qrup alman cəmiyyətində nasional-sosializm ideologiyasının sürətlə yayılması fenomenini tədqiq edərək, bu ideologiyanın əsas carçısı Yozef Gebbelsin çıxışlarını və yazılı əsərlərini daha ətraflı öyrənməyi qarşılarına məqsəd qoydular.

Yüzlərlə cildlik arxiv materialları qaldırıldı, minlərlə sənəd təhlil edildi. Alimləri maraqlandıran məqam o idi ki, almanlar kimi böyük bir xalq mağara düşüncəli nasist vakxanaliya vəziyyətinə necə düşdü və gələcəkdə bunun təkrarlanmasının qarşısının necə almaq olar".

Liderxeber.az-ın xəbərinə görə, bu barədə Caliber.Az-ın "YouTube" kanalının növbəti analitik videomaterialında bəhs edilib.

Material Nikita Mixalkovun "Besoqon TV" verilişinin son buraxılışlarından birinə həsr olunub.

Müəlliflər gözəl söylənilən nitqin, artistizmin və zahirən "mədəni" təqdimatın arxasında ideoloji konstruksiyaların necə gizləndiyini ətraflı müzakirə ediblər, hansı ki, burada mədəniyyət dağılmış imperiyanın ruhu ilə hopmuş miflərin yayımı üçün ancaq üz qabığına çevrilir.

Mixalkovun Azərbaycana səfəri ilə bağlı açıqlamalarına xüsusi diqqət yetirilib. Eyni zamanda, o, ev sahibi olan tərəfdən 50 min dollar məbləğində qonorar istəyib və indi bu barədə susur. Məhz Bakıda Mixalkov Prezident İlham Əliyev ilə görüşə nail ola bilib və bu görüş zamanı "təsadüfən" Vladimir Putinlə birbaşa əlaqə yaradıb. Bu gün bu epizod tamamilə fərqli kontekst alır - xüsusən də sonuncu "Besoqon"da Qarabağın işğaldan azad edilməsi ilə Rusiyanın Ukraynadakı hərəkətləri arasında qəbuledilməz müqayisələr aparıldıqdan sonra.

Daha ətraflı videosüjetdə: