Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Necmettin Dönmez: "Azərbaycan qazının Suriyaya ixracı enerji əməkdaşlığını gücləndirəcək"

02 avq 2025, 11:59
Necmettin Dönmez: "Azərbaycan qazının Suriyaya ixracı enerji əməkdaşlığını gücləndirəcək"

"Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı qardaş ölkə ilə enerji əlaqələrini daha da gücləndirəcək".

Liderxeber.az xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Elbeyli rayon təşkilatının sədri Necmettin Dönmez Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimindən əvvəl jurnalistlərə açıqlamasında səsləndirib.

O bildirib ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı möhkəmləndirəcək:

"Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya çatdırılması qardaş ölkələrlə enerji bağlarımızı daha da möhkəmləndirəcək. Bu tarixi hadisənin iştirakçısı olmaqdan qürur duyuram".

N.Dönmez qeyd edib ki, bu mühüm layihə hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır:

"İnanıram ki, bu addım həm Türkiyə, həm Azərbaycan, həm də Suriya üçün faydalı olacaq. Ümid edirəm ki, Suriyanın bərpası və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan bundan sonra da fəal təşəbbüslərlə çıxış edəcək".