Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdirdi - Foto

01 avq 2025, 10:31
Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdirdi - Foto

Xəbər verdiyimiz kimi, iyulun 29-u Azərbaycanın Xankəndi şəhərində erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb.

Liderxeber.az-ın məlumatına görə, ötən gün Rusiyanın TASS agentliyi sözügedən informasiya ilə bağlı “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlıqlı məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə dərhal məsələ ilə bağlı sərt bəyanat yayıb: “Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılıqlılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər. 

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”.

Bundan sonra sözügedən agentlik Xankəndi ilə bağlı dərc etdiyi həmin xəbərdə dəyişiklik edib. Belə ki, sərlövhə “Dağlıq Qarabağda Ayvazovskinin abidəsi söküldü” kimi dəyişdirilib.