Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

“HPV milli peyvənd təqviminə salına bilər” - Yenilənib

15 iyl 2025, 10:40
“HPV milli peyvənd təqviminə salına bilər” - Yenilənib

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəlik poliomielit xəstəliyidir”.

Liderxeber.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin məsləhətçisi Şahnaz Həsənova media nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, 30-dan çox təhlükəli xəstəliyə qarşı peyvənd mövcuddur: “Həmçinin iki xərçəng növünə qarşı peyvənd mövcuddur. Bunlar qaraciyər xərçəngi və uşaqlıq boynu xərçəngi ilə bağlı peyvəndlərdir.

Qeyd edim ki, 2020-2030-cu illər üçün 98 ölkədə 10 patogenə qarşı immunizasiya proqramının 32 milyon həyatı xilas edəcəyi proqnozlaşdırılıb. Onların 88%-ni 5 yaşa qədər uşaqlar təşkil edəcək. Həmçinin bildirməliyəm ki, dünyada immunizasiya sayəsində difteriya, tetanus, göyöskürək, qrip və qızılca kimi xəstəliklərdən hər il 5 milyona qədər ölümün qarşısı alınır. Peyvəndlər çox təhlükəsiz və effektivdir. Bir neçə peyvəndi eyni gündə vurmaq olar”.

***

ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı isə bildirib: “İki xərçəng növünün vaksini var. Bunlardan biri olan uşaq boynu xərçəngi ilə bağlı HPV vaksini dünyada insanları xərçəngdən qoruyur. Qaraciyər xərçəngi vaksini artıq Azərbaycanda var. HPV ilə bağlı bir ildir Azərbaycanda Səhiyyə Nazirliyi ilə müzakirələr aparılır”.

Onun sözlərinə görə, hansı ölkəyə hansı vaksinin gəlməsini ölkənin Səhiyyə Nazirliyi müəyyən edir: “Azərbaycanda HPV vaksininin olub-olmayacağını deyə bilmərəm. Biz bununla bağlı sorğu keçiririk, insanların düşüncələrini öyrənirik. Bu, çox önəmli vaksindir. Güman edirəm ki, bir neçə il ərzində Azərbaycan dövlət proqramına salına bilər. Artıq Avropada 50 ölkədə istifadə olunur”.