Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

“Bu, Moskvanın öz səhvlərini etiraf etməyə hazır olmadığını göstərir”

03 iyl 2025, 09:33
“Bu, Moskvanın öz səhvlərini etiraf etməyə hazır olmadığını göstərir”

“Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı törədilmiş və soydaşlarımızın ölümü ilə nəticələnmiş tamamilə əsassız, son dərəcə amansız zorakılıq Rusiya Federasiyası ərazisində etnik azlıqların hüquqlarının sistemli şəkildə pozulması haqqında növbəti həyəcanverici siqnaldır”. 

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin VI çağırış deputatı olmuş Elnur Allahverdiyev sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda aparılan məhkəmə-tibbi ekspertizasının nəticələri ilə təsdiqlənən qətlə yetirilmiş Səfərov qardaşlarına qarşı işgəncə faktları hüquq və mənəviyyat normalarına etinasızlığı əyani şəkildə nümayiş etdirir: “Azərbaycan tərəfi araşdırmanın tam, qərəzsiz və açıq aparılmasını tələb edir. Günahkarlar tutduqları vəzifədən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidirlər. Lakin Rusiya tərəfi təsirli tədbirlər görmək əvəzinə qeyri-müəyyən bəhanələrlə kifayətlənir və ziddiyyətli məlumatların yayılmasına imkan verir. Bu, vəziyyəti daha da ağırlaşdırır və Moskvanın öz səhvlərini etiraf etməyə hazır olmadığını göstərir. Bu cür təcrübə yeni deyil. AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasını xatırlamaq kifayətdir – Moskva indiyədək Bakıdan rəsmi üzr istəməyib. Buna baxmayaraq, humanizm prinsiplərinə sadiq qalan Azərbaycan bu yaxınlarda baş vermiş 12 günlük İran-İsrail müharibəsi zamanı Rusiya vətəndaşlarının İran ərazisindən təxliyəsini təmin edib”.

E.Allahverdiyev əlavə edib ki, bu gün ölkəmizdə 120 minə yaxın etnik rus yaşayır, rus dilində təhsil verən 324 məktəb və 26 universitet fəaliyyət göstərir: “Son hadisələr kontekstində isə təbii olaraq sual yaranır: Rusiya-Azərbaycan münasibətləri nəyin üzərində qurulub – qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlığın, yoxsa dostluq ritorikası altında gizlənmiş birtərəfli mənfəətin? Azərbaycan Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirməyə çalışmır. Amma ədalətsizliyə, hörmətsizliyə və öz maraqlarının nümayişkaranə gözardı edilməsinə dözmək niyyətində deyil. Əgər Moskvada bunu hələ də dərk etməyiblərsə, bu, artıq bizim yox, onların strateji problemidir”.