Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Şahin Şıxlinskiyə idarədə hansı suallar verilib? - Özü danışdı

02 iyl 2025, 10:17
Şahin Şıxlinskiyə idarədə hansı suallar verilib? - Özü danışdı

“İlkin mərhələdə məni saxlayanda kobud rəftar oldu. Bunu da hər kəs gördü. Amma sonrakı istintaq prosesində, idarədə heç bir kobudluqla rastlaşmadım, çox mədəni şəkildə davranıldı”.

Liderxeber.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Ural bölgəsində yaşayan Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski azadlığa çıxdıqdan sonra deyib. 

Şiklinski bildirib ki, o, həm Rusiya, həm də Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq çərçivəsində davam etməsini istəyənlərdən biridir və bu proses üçün çalışanlardandır. Onu da qeyd edib ki, ondan Yekaterinburqda baş verən hadisələrlə, Azərbaycan diasporunun ayrı-ayrı üzvləri ilə bağlı, həmçinin Səfərov qardaşlarının cənazələrinin Azərbaycana verilməsindəki iştirakı ilə bağlı suallar soruşulub. 

Şahin Şıxlinski xüsusi olaraq Azərbaycan prezidentinə və dövlətinə minnətdarlıq edib: “Arxamızda güclü dövlətimiz və rəhbərimiz var. Biz özümüzü kimsəsiz hesab etmirik. Əminəm ki, bu hallar və gərginlik də tezliklə aradan qalxacaq. Biz yenə əvvəlki kimi Rusiya-Azərbaycan dostluğunun şahidi olacağıq”. 

“Bütün bu olanlardan, araya qan düşəndən sonra belə bir dostluğu necə mümkün görürsünüz?”, sualına isə Şıxlinski nikbin cavab verib: “Bunlar da keçəcək. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Əminəm ki, hər şey yoluna girəcək.”

Xatırladaq ki, ötən axşam Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınski vəhşicəsinə saxlanılmışdı. Bir neçə saat sonra isə əvvəlcə oğlu, sonra isə Ş.Şıxlinski sərbəst buraxılıb.