Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

İspaniyada Qlobal Konfrans keçirilir - Foto

01 iyl 2025, 13:49
İspaniyada Qlobal Konfrans keçirilir - Foto

BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı (FFD4) iyulun 1-də İspaniyanın Sevilya şəhərində öz işinə başlayıb.

Liderxeber.az xəbər verir ki, hər 10 ildən bir keçirilən və 164 dövlətin və 49 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizi Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinə Azərbaycan maliyyə nazirinin birinci müavini, İspaniya Krallığındakı səfir, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin məsul vəzifəli şəxsləri daxildir.

Konfransda, eyni zamanda COP29-un prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi iştirak edir.

İlk iş günündə konfransın prezidenti və digər seçkili orqanlarına keçirilən seçkilərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri konfransın vitse-prezidentlərdən biri olaraq seçilib.

BMT-nin İnkişaf üçün Maliyyələşdirmə Konfransı dayanıqlı inkişaf məqsədlərini dəstəkləmək üçün maliyyə resurslarının, siyasətlərin və beynəlxalq əməkdaşlığın səfərbər edilməsi və uzlaşdırılması üzrə qlobal platformadır.

İlk dəfə olaraq Avropa ölkəsində baş tutan konfransın gündəliyinə borcun idarə edilməsi və yeni islahatların təşviqi, beynəlxalq vergitutma prosesində vergidən yayınma hallarını aradan qaldırmaq üçün çərçivə və konvensiyaların təkmilləşdirilməsi, iqlim dəyişikliyi ilə inkişaf üçün maliyyələşmələr arasında qarşılıqlı inteqrasiya kimi mövzular daxildir.