Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib

26 iyn 2025, 12:10
İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib.

Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.

Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.

Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.