Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Qızıl Dəyərində İdarəetmə və Liderlik

06 iyn 2025, 12:15
Qızıl Dəyərində İdarəetmə və Liderlik

Yerli dəyərləri qoruyaraq qlobal uğurlar qazanan METAK, bu il də "Deloitte" beynəlxalq audit şirkətinin təşkil etdiyi "Best Managed Companies Azerbaijan 2025" müsabiqəsinin qalibi oldu.

Şirkətimiz ardıcıl dördüncü dəfə bu nüfuzlu mükafata layiq görülməklə ölkə tarixində nadir bir nailiyyətə imza atdı. Bu dəfəki uğurumuz isə xüsusilə əlamətdardır - METAK, "Qızıl Qalib" nominasiyası ilə təltif edilən Azərbaycanın ilk şirkəti oldu. Bu mükafat, uzunmüddətli və məqsədyönlü idarəetmə strategiyamızın, güclü liderlik modelimizin və dayanıqlı inkişaf siyasətimizin beynəlxalq səviyyədə təsdiqidir.

Strateji planlaşdırma, liderlik, insan kapitalının inkişafı və maliyyə idarəetməsi sahələrində əldə etdiyimiz yüksək nəticələr, bu prestijli qiymətləndirmə ilə bir daha sübut olundu. Nüfuzlu beynəlxalq münsiflər heyəti, bu sahələrdə göstərdiyimiz davamlı uğurları yüksək qiymətləndirib.

METAK olaraq biz 28 illik fəaliyyətimizdə həm "Made in Azerbaijan" brendinə, həm də innovativ idarəetmə mədəniyyətinə verdiyimiz dəyərlərlə seçilmişik. Bu gün 37 ölkədə həyata keçirilən "Best Managed Companies" proqramında Azərbaycanın dördqat qalibi kimi iştirak etməyimiz, ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil etdiyimizi nümayiş etdirir.

Bu uğur yalnız METAK komandasının deyil, bütövlükdə Azərbaycan biznes sektorunun inkişafına verilmiş dəyərin göstəricisidir. İrəliyə doğru atdığımız hər addımda, ölkəmizin adını qürurla daşımağa davam edəcəyik.