Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı açıqlandı

05 iyn 2025, 16:03
Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı açıqlandı

"Azərbaycan və Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığa dair danışıqlar aparılır".

Liderxeber.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan-Çin iqtisadi və ticarət əməkdaşlığı konfransında deyib.

O bildirib ki, Çin şirkətləri ölkəmizdə geniş miqyasda təmsil olunurlar:

"Cari ilin may ayının 1-nə olan məlumata görə, Azərbaycanda 320-yə yaxın Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığa dair danışıqlar aparılır. İnvestisiya tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində göstərilən səylər nəticəsində Çin şirkətləri ilə sənaye, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, İKT və ipəkçilik kimi sahələrdə birgə layihələr həyata keçirilir".

E.Əliyev qeyd edib ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir.

"Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 GVt, dənizdə 157 GVt-dır. Ölkəmiz bərpaolunan enerji layihələrinə böyük önəm verir.

Son dövrlərdə bərpaolunan enerji Çinlə də investisiya tərəfdaşlığımızda mühüm yer tutub. Ölkəmizin Günəş və külək enerjisi potensialı ilə Çinin yaşıl texnologiyalar sahəsindəki təcrübəsi sinerji yaradaraq birgə layihələrin reallaşdırılması üçün əlverişli mühit formalaşdırıb. Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan aparıcı Çin şirkətləri ilə genişmiqyaslı Günəş və külək enerjisi layihələri, enerjisaxlama sistemləri və "ağıllı" şəbəkə infrastrukturunun inkişafını əhatə edən mühüm sazişlər imzalayıb. Bundan əlavə, Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycanla Çin şirkət və qurumları arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa dair altı sənəd imzalanıb".