Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Səfirliyimizə hücum edən şəxs - Edam olundu

21 may 2025, 10:10
Səfirliyimizə hücum edən şəxs - Edam olundu

Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə ilə bağlı məhkəmənin edam qərarı icra olunub.

Liderxeber.az “ISNA” agentliyinə istinadən xəbər verir ki, məhkəmənin qərarı bu gün səhər saatlarında həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ilin yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu həyata keçirilib.

Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar. O. Əsgərovun cənazəsi yanvarın 29-u Bakıya gətirilib. O, yanvarın 30-u II Şəhidlər xiyabanında dəfn edilib. 2023-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.

Onu da qeyd edək ki, hadisədən sonra Azərbaycan İrandakı Səfirliyinin fəaliyyətini dayandıraraq diplomatları təxliyə edib. Daha sonra, Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il 15 iyul tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini  bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.