Son Xəbərlər
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində liman və
"İyunun 7-si axşam saatlarında İranın müxtəlif bölgələrindən İsrail
Müasir dövrdə rəqəmsal transformasiya və süni intellektin (Sİ) sürətli
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat
12-14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə
DÇ-2026-nın açılış oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb.
İyunun 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İyunun 9-da Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların
Niderlandın Sxiplyoyden şəhərində dünyada ilk dəfə kultivasiya olunmuş
Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu ölkə

Azərbaycanda bəzi tibb işçilərinin maaşı artıb

17 dek 2024, 13:11
Azərbaycanda bəzi tibb işçilərinin maaşı artıb

"Bu il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3 600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3 300 manata yüksəlib".

Liderxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə həkimlərin ortaaylıq əməkhaqqısı əhəmiyyətli dərəcədə artıb:

"Artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmət tariflərinin artması olub".

Z.Əliyev əlavə edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin orta əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətininki isə 320 manatdan 540 manata qədər artıb.