Son Xəbərlər
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində liman və
"İyunun 7-si axşam saatlarında İranın müxtəlif bölgələrindən İsrail
Müasir dövrdə rəqəmsal transformasiya və süni intellektin (Sİ) sürətli
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat
12-14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə
DÇ-2026-nın açılış oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb.
İyunun 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İyunun 9-da Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların
Niderlandın Sxiplyoyden şəhərində dünyada ilk dəfə kultivasiya olunmuş
Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu ölkə

Qadınlara motosiklet sürməyə icazə verdilər

04 fev 2026, 09:06
Qadınlara motosiklet sürməyə icazə verdilər

İranda qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsinə imkan yaradan Nazirlər Kabinetinin qərarı rəsmi olaraq qüvvəyə minib.

Liderxeber.az xəbər verir ki, Birinci vitse-prezident Məhəmməd Rza Arif tərəfindən imzalanaraq, aidiyyəti qurumlara göndərilən sənəd qadınların ilk dəfə motosiklet sürücülüyü ilə bağlı sənəd almasının hüquqi əsasını yaradıb.

Qərara əsasən, qadın namizədlər üçün təlim və imtahan prosesi İran Polis Qüvvələri tərəfindən təşkil olunacaq və yol polisinin nəzarəti altında həyata keçiriləcək.

Təlim və imtahanların, əsasən, qadın təlimçilər tərəfindən aparılması nəzərdə tutulur. Lakin zəruri hallarda və kifayət qədər qadın imtahançı olmadıqda, dini qaydalara riayət olunmaq və yol polisinin birbaşa nəzarəti şərti ilə kişi təlimçilərin də prosesdə iştirakına icazə veriləcək.

Qeyd edək ki, İranda qadınların motosiklet sürməsinə dair açıq qanuni qadağa olmasa da, praktikada onlara sürücülük vəsiqəsi verilməməsi uzun illərdir müzakirə mövzusu idi. 2010-cu ildə Yol Hərəkəti Qaydalarının Pozuntuları Qanununa motosiklet sürücülük vəsiqələrinin yalnız kişilərə verilməsini nəzərdə tutan müddəa əlavə edilmiş, bu isə mövcud praktik vəziyyəti rəsmiləşdirərək, qadınların vəsiqə almasını faktiki olaraq mümkünsüz etmişdi. Bu məhdudiyyətlərin bəzi dini çevrələrdə səsləndirilən narahatlıqlarla da əsaslandırıldığı bildirilirdi.

Hökumətin bu sahədə ilk ciddi addımı ötən il atılıb. Belə ki, 28 avqust 2025-ci ildə Prezidentin müşaviri Kazım Dilxoş Yol Hərəkəti Qaydalarının Pozuntuları Qanununun 20-ci maddəsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsinin parlamentə təqdim edildiyini açıqlamışdı. Yeni qərar həmin təşəbbüsün nəticəsi kimi qiymətləndirilir.