Son Xəbərlər
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində liman və
"İyunun 7-si axşam saatlarında İranın müxtəlif bölgələrindən İsrail
Müasir dövrdə rəqəmsal transformasiya və süni intellektin (Sİ) sürətli
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat
12-14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə
DÇ-2026-nın açılış oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb.
İyunun 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İyunun 9-da Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların
Niderlandın Sxiplyoyden şəhərində dünyada ilk dəfə kultivasiya olunmuş
Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu ölkə

Rusiya şirkəti AZAL-ın təyyarəsinə görə sığorta ödənişi edib

04 mar 2025, 13:26
Rusiya şirkəti AZAL-ın təyyarəsinə görə sığorta ödənişi edib

Rusiyanın “АльфаСтрахование” sığorta şirkəti AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aviakasko üzrə sığorta ödənişlərini tam şəkildə həyata keçirib.

Liderxeber.az xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında sözügedən şirkətin aviasiya və kosmik sığorta üzrə Baş direktorunun müavini İlya Kabaçnik deyib.

Bildirilib ki, şirkət, həmçinin sərnişinlərə də dəyən zərərə görə ödənişləri həyata keçirməyə başlayıb:

“AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” təyyarəsi, eləcə də aviaşirkətin sərnişinlər qarşısında məsuliyyəti “АльфаСтрахование” şirkətində sığortalanıb. Təyyarə üçün tam həcmdə sığorta məbləği üzrə ödəniş fevral ayında edilib”. 

Bununla belə, o, aviakasko üzrə ödənişlərin həcmini açıqlamayıb.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.