Son Xəbərlər
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində liman və
"İyunun 7-si axşam saatlarında İranın müxtəlif bölgələrindən İsrail
Müasir dövrdə rəqəmsal transformasiya və süni intellektin (Sİ) sürətli
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat
12-14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə
DÇ-2026-nın açılış oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb.
İyunun 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İyunun 9-da Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların
Niderlandın Sxiplyoyden şəhərində dünyada ilk dəfə kultivasiya olunmuş
Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu ölkə

“Real Madrid”in futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

22 fev 2023, 10:00
“Real Madrid”in futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

İspaniyanın “Real Madrid” klubunda çıxış edən Avstriya yığmasının futbolçusu David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyunu buraxa bilər.

“Nachrichten” nəşrin-nin məlumatına görə, buna səbəb müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə təmsilçisi “Liverpul”la keçirilən oyunda zədələnməsidir.

Ulduz futbolçu komandasının səfərdə 5:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 27-ci dəqiqəsində bud nahiyəsindən xəsarət alaraq əvəzlənib. Avstriya millisinin kapitanının bu üzdən “Rayffeysen Arena”da Azərbaycan və Estoniya yığmalarına qarşı keçiriləcək seçmə mərhələ görüşündə iştirakı sual altına düşüb.

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan millisini, üç gün sonra isə Estoniya seçməsini qəbul edəcək