Son Xəbərlər
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları

İTSDA-nın bir sıra səlahiyyətləri TƏBİB-ə verilib

13 mar 2023, 11:31
İTSDA-nın bir sıra səlahiyyətləri TƏBİB-ə verilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) bir sıra səlahiyyətləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilib.

Liderxəbər xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Hava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını müəyyən edən qurumlar sırasına TƏBİB əlavə olunub, İTSDA siyahıdan çıxarılıb. Bundan sonra hava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təklifləri əsasında Nazirlər Kabineti müəyyən edəcək.

“Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”na əsasən, indiyə qədər qol-nəqliyyat hadisələri nəticəsində dəymiş zərərin İqtisadiyyat Nazirliyi tərəfindən qiymətləndirilməsi və hesablanması üçün məlumatların təqdim edilməsi ilə bağlı verilən sorğuya əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları, İcbari Sığorta Bürosu tələb olunan göstəriciləri aidiyyəti üzrə müvafiq formaya uyğun olaraq hər ilin noyabr ayı ərzində Nazirliyə təqdim etməli idilər. Bu siyahıda da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əvəzlənib.


Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə “İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nə dəyişiklik edilib. Həmin siyahıya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də əlavə edilib.

Həmçinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi COVID sertifikatlarının və xarici sertifikatların etibarlılığını yoxlamaq üçün sertifikatlarda göstərilən məlumatlara, həmçinin müşayiətedici sənədlərdəki məlumatlara (təqdimatı lazım olduqda) daxil olmaq hüququna malik olacaq.