Son Xəbərlər
İyulun 28-də Azərbaycanda yağıntılı hava şəraiti gözlənilir. Bu barədə
Qərb dövlətlərinin Ermənistanı silahlandırmasının bölgədəki vəziyyəti
İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah iyulun
Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət
Tokio Universitetinin alimləri buzun yeni formasını - "0 buz"u kəşf
"Fitch Ratings" Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən
Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan
XXI əsrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar, həqiqətən
"Uşaqlar suda daha çox valideynlərin diqqətsizliyi səbəbindən ölürlər.
banner

İtkin düşən 13 yaşlı Əfsanə vəzifəli şəxsin qızıdır

22 may 2023, 12:28
İtkin düşən 13 yaşlı Əfsanə vəzifəli şəxsin qızıdır

Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Tağıyeva hələ tapılmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hazırda Əfsanə Tağıyevanın yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Yerli mediada yayılan məlumata görə, Ə.Tağıyevanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızı olması bildirilib. Onun evdən qaçması ehtimalının olduğu da qeyd edilib.

Qeyd edək ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.