Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Maliyyə Monitorinqi Xidmətinə sədr müavini təyin edilib

10 iyl 2023, 15:25
Maliyyə Monitorinqi Xidmətinə sədr müavini təyin edilib

Prezident İlham Əliyev Azər Rasim oğlu Abbasovun Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

LiderXəbər xəbər verir ki, o, 1985-ci ildə Bakı şəhərində anadan olub, 2007-ci ildə Bakı Dövlət Universitetini Hüquq fakültəsini üzrə bakalavr, 2010-ci ildə Kommersiya hüququ üzrə magistr pilləsində bitirib.

A.Abbasov əmək fəaliyyətinə 2006-cı ildə "Azərbaycan Hüquqçular Assosiasiyası" İctimai Birliyində hüquqşünas kimi başlayıb, 2008-ci ildən isə Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi vəzifəsində çalışıb.

O, 2010-2016-cı illərdə əmək fəaliyyətini Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi kimi davam etdirib, 2016-2018-ci illərdə qurumun Hüquq sektorunun müdiri vəzifəsini icra edib, 2018-2023-cü illərdə Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

Ailəlidir, 1 övladı var.