Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

Bakıda yeddi avtomobil toqquşdu: Zəncirvari qəzada xəsarət alanların son vəziyyəti

09 iyn 2026, 16:55
Bakıda yeddi avtomobil toqquşdu: Zəncirvari qəzada xəsarət alanların son vəziyyəti

Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Liderxeber.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, iyunun 9-u saat 12:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisindən çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Məsələ ilə bağlı Liderxeber.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində yeddi nəqliyyat vasitəsi toqquşub, üç nəfər xəsarət alıb:

Bakıda yeddi avtomobil toqquşdu: Zəncirvari qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

"İyunun 9-u saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 99-NQ-646 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtobus, 90-MN-355 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı minik avtomobili, 99-FY-794 dövlət nömrə nişanlı "Ford" markalı nəqliyyat vasitəsi, 77-BU-120 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsi, 88-BM-460 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobil, 90-BV-008 dövlət nömrə nişanlı "Changan" markalı avtomobil, 90-RA-349 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil toqquşub. Qəza nəticəsində 90-MN-355 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı minik avtomobilinin sürücüsü Məhəmməd Mübariz oğlu Zeynalov, həmin nəqliyyat vasitəsindəki sərnişin Elçin Vaqif oğlu Sultanəliyev, 77-BU-120 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsinin sürücüsü Vüqar Eyvaz oğlu Abdullayev xəsarət alıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır".

Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az-ın qaynar xəttinə daxil olan məlumata görə, hadisə nəticəsində 10 nəqliyyat vasitəsi toqquşub.

Hadisə zamanı "Mercedes" markalı avtomobil, "Iveco" markalı sərnişin avtobusu, "Mercedes Viano" və "Ford Transit" avtomobillərinə maddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil.