Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

29 mar 2023, 10:00
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il aprelin 2-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2023-cü il 16 yanvar – 15 mart tarixlərində aparılıb.

İmtahanda 837 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahan Bakı şəhərində təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanır.

İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır. İmtahana buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));

- imtahana buraxılış vәrәqәsini.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

Azərbaycan dili;

Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir.

İmtahanın müddəti 90 dəqiqədir.

İmtahanın keçirilməsi üçün 3 bina ayrılıb. İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 3 ümumi imtahan rəhbəri, 75 nəzarətçi-müəllim, 9 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.