Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus
Türkiyədə məşhur müğənni Serdar Ortaç və tanınmış aparıcı Mehmet Ali Erbil də
Bakıda COP29 çərçivəsində FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının
Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 12-də
İsrail ilk dəfə olaraq Livanda "Hizbullah" üzvlərinin peycerlərinin
Bakıda keçirilən COP29 iqlim konfransında Cənubi Asiya ölkələrinin “COAST”
Serbiya Prezidenti Aleksandar Vuçiçin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının
banner

Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

27 mar 2023, 09:17
Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 106 gündür davam edir.

LiderXəbər-in məlumatına görə, “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.