Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Avstriya şirkətləri Bakı–Tbilisi–Qars dəmir yolundan istifadəyə böyük maraq göstərirlər

05 iyn 2024, 10:07
Avstriya şirkətləri Bakı–Tbilisi–Qars dəmir yolundan istifadəyə böyük maraq göstərirlər

3-4 iyun 2024-cü il tarixlərində Avstriyanın Vyana şəhərində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Avstriya Federal Dəmir Yolları şirkətinin İdarə Heyətinin sədri Andreas Matthe, bu ölkənin “Rail Cargo” və digər qabacıl nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb. 

Liderxeber.az xəbər verir ki, görüşdə əməkdaşlığın mövcud vəziyyəti və Orta Dəhliz çərçivəsində Çinlə Avropa arasında yükdaşımaların səmərəli təşkilində və geriyə yüklərin formalaşdırılmasında birgə əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb, həmçinin Qara Dəniz limanlarından Avropanın müxtəlif ölkələrinə daşımaların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. 

Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması məqsədilə modernləşdirilmiş və bu yaxınlarda yükdaşımalara start verilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin geniş imkanları haqqında məlumat verilib.   

Avstriya şirkətlərinin rəhbərləri Orta Dəhliz, o cümlədən BTQ-nin imkanlarından istifadəyə böyük maraq göstərdiklərini bildiriblər.