Son Xəbərlər
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün

Trend olan Dubay şokoladı sağlamlıq üçün təhlükəli çıxdı

29 okt 2024, 09:05
Trend olan Dubay şokoladı sağlamlıq üçün təhlükəli çıxdı

Son zamanlar sosial şəbəkələrdə qeyri-adi dadı və teksturası ilə diqqət çəkən Dubay şokoladı adlanan desert populyarlıq qazanır.

Lakin məlum olub ki, parlaq qablaşdırmanın arxasında sağlamlıq üçün ciddi təhlükə gizlənir.

Liderxeber.az-ın məlumatına görə, rusiyalı diyetoloq Anna Belousova "StarHit"ə müsahibəsində trend olan şirniyyat haqqında şok təfərrüatı açıqlayıb. "200 qram çəkisi olan bir Dubay şokoladının qida dəyəri min kilokaloridən çoxdur. Belə desert, hətta az miqdarda belə təhlükəli ola bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.

Xüsusilə allergiyası olan insanlar Dubay şokoladını qətiyyən yeməməlidirlər. Həmçinin diyetoloq öd kisəsi problemi olanların da bu şokoladı yeməməsini tövsiyə edib.

Endokrinoloq Veronika Savenko da həmkarının fikirləri ilə razılaşır. O, diabet və piylənmədən əziyyət çəkən insanları dəbdə olan bu şirniyyatdan imtina etməyə çağırıb. "Şokoladın tərkibindəki məhsullar ishal və digər mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər", - deyə həkim vurğulayıb.

"Bundan əlavə, Dubay şokoladında yağ və şəkərin yüksək tərkibi orqanizmin hüceyrələrinə zərər verən qlikasiya yaradır. Bu, artıq çəkiyə, ürək-damar xəstəliklərinə, ikinci tip şəkərli diabetə və ateroskleroza səbəb ola bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, Dubay şokoladı - yağda qızardılmış kadayif xəmiri, püstə və ya küncüt pastasından ibarət olan xırtıldayan içlikli desertdir.